Enterprise products, solutions & services
"Huavei ME&CA Tech Carnival 2024" tədbiri texnologiya və idarəetmə dəstəyini təmin edən "Huavei Technologies Azərbaycan" MMC (bundan sonra "Şirkət" və yaxud "Biz" adlandırılacaq) tərəfindən idarə edilir. Data nəzarətçisi kimi Şirkət gizliliyinizin sizin üçün necə əhəmiyyətli olduğunu bilir və sizin gizliliyinizə hörmət etməyi öhdəliyinə götürür. Bu Gizlilik Bəyannaməsində (bundan sonra "Bəyannamə" adlandırılacaq) "Huavei ME&CA Tech Carnival 2024" tədbirinə baş çəkdiyinizdə və ya karnavalda (bundan sonra “Karnaval” adlandırılacaq) onlayn iştirak etmək üçün qeydiyyatdan keçdikdə Şirkətin sizin datanızı necə istifadə etdiyi və sizin gizliliyinizi necə qoruduğu təsvir edilmişdir. Gizlilik Bəyannaməmiz haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı mətni oxuyun. Şirkət köməkçi siyasətlər və bildirişlər vasitəsilə hər hansı bir məhsul və ya xidmətlə bağlı xüsusi datanın toplanılmasından əvvəl sizə bu barədə məlumat verə bilər.
Bu Bəyannamədə aşağıdakılar əksini tapmışdır:
1. How We Collect and Use Your Personal Data
2. Cookies and Similar Technologies
3. How We Disclose Your Personal Data
4. How to Access and Control Your Personal Data
5. How We Protect Your Personal Data
6. International Transfers of Your Personal Data
7. Governing law and dispute resolution
8. General Terms
9. Bizimlə Əlaqə
Şəxsi data ayrılıqda və ya digər məlumatlarla birlikdə istifadə edildikdə hər hansı bir fərdin və ya fərdlərin kimliyini müəyyənləşdirməyə imkan verən məlumat və ya datanı bildirir. Bu Bəyannamə ilə razılaşmaqla və şəxsi datanızı Şirkətə verməklə siz Şirkətə şəxsi datanızı toplamağa və şəxsi datanız əsasında sizi xidmət və məlumatlarla təmin etməyə icazə verirsiniz.
Bizim topladığımız və emal etdiyimiz şəxsi dataya aşağıdakılar daxildir:
• Veb-saytda/yerində qeydiyyat zamanı: adınız, cinsiniz, e-poçt ünvanınız, ölkə/region, müəssisənin adı, vəzifəniz, təşkilatınızın Şirkətlə Biznes əlaqəsi və giriş məlumatları (hesab adı). Sizin razılığınız əsasında bu məlumatlardan istifadə edib sizin Karnavalı və ya onlayn Karnavalı ziyarətinizi qeydiyyata alacağıq.
• Karnavalın reklamı: Biz hüquqi marağımız əsasında sizin şəkil və ya videolardan götürülmüş portretinizi Karnaval üçün çoxaltmaq məqsədilə istifadə edə bilərik. Sərgi ərazisində videoçəkiliş üçün ətraflı bildiriş də təqdim edəcəyik.
• Vayfay bağlantsı: Şirkətin Karnaval ərazisində vayfaya qoşulduqda sizi simsiz şəbəkə bağlantısı xidmətləri ilə təmin etmək üçün cihazınızın MAC ünvanını və İP ünvanını toplayacağıq. Bundan əlavə, sistem avtomatik olaraq cihazınızın İP ünvanını, şəbəkəyə qoşulma və ya şəbəkədən ayrılma vaxtlarınızı qeydə alacaqdır.
• Spikerlər üçün: Karnavala spiker olaraq dəvət edilmisinizsə, sizin razılığınız əsasında bioqrafiyanızı və şəklinizi Karnaval üçün çoxaltmaq məqsədilə toplayacağıq.
• Onlayn auditoriya üçün: Karnaval zamanı veb-saytımızda sizin giriş və
• çıxış vaxtınız, baxdığınız məzmun və baxma müddətiniz, onlayn interaktiv ismarışlarınız və səsvermə məlumatlarınız barədə dataları toplayacağıq. Sizin razılığınız əsasında sorğulardakı məlumatlarınızı toplaya bilərik. Biz bu məlumatlardan istifadə edib xidmət keyfiyyətimizi artırmaq məqsədilə dəvət etdiyimiz şəxslərin məhsullarımıza olan ümumi marağını təhlil edəcəyik.
• Əks-əlaqə: sizin razılığınız əsasında sorğularda daxil etdiyiniz müştərilərin rəy və təkliflərini toplaya bilərik. Biz Şirkətə daha əvvəl təqdim etdiyiniz məlumatla bu məlumatı inteqrasiya edəcəyik ki, sizi daha yaxşı məhsullar və xidmətlərlə təmin edə bilək.
• Əgər siz ən son məhsulları, xidmətlər və tədbirlər barədə məlumatları e-poçt vasitəsilə əldə etməyə razılaşırsınızsa, Şirkət sizin şəxsi datanızdan və əlaqə məlumatlarınızdan istifadə etməkdə sizi mütəmadi olaraq yeniliklər barədə məlumatlandıracaqdır. Biz sizin aktiv şəkildə seçdiyiniz və qəbul etdiyiniz üsullar sizinlə əlaqə saxlaya bilərik. Məlumat almaq istəmədiyiniz təqdirdə, istənilən vaxtda Şirkətin yeniliklərinə olan abunəliyinizi ləğv edə bilərsiniz.
• Şirkət Karnavaldan sonra 1 il müddətinə şəxsi datanızı saxlaya bilər. Biz bu məlumatlardan xidmət keyfiyyətimizi artırmaq və karnaval üçün çoxaltmaq məqsədilə dəvət etdiyimiz şəxslərin Bizim məhsullarımıza olan ümumi maraqlarını təhlil etmək üçün istifadə edirik.
Biz sizin şəxsi datanızdan aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:
(a) Karnavala yerində və ya onlayn ziyarətinizin qeydiyyata alınması.
(b) Sizin üçün Karnaval xidmətlərinin və ya xüsusi təcrübələrin təmin edilməsi.
(c) Sizə onlayn və oflayn fəaliyyətlərdə iştirak etməyiniz üçün dəvətin göndərilməsi.
(d) Razılıq almaq üçün sizinlə əlaqə saxlanılması; sizə maraqlı ola biləcək məhsullar və xidmətlər barədə sizə məlumat göndərilməsi; Şirkətin fəaliyyətlərində (o cümlədən tanıtım fəaliyyətlərində), bazar araşdırmalarında və yaxud müştəri məmnunluğu araşdırmalarında iştirak etməyiniz üçün dəvətlərin göndərilməsi və yaxud sizə marketinq məlumatlarının göndərilməsi. Bu məlumatları almaq istəmirsinizsə, istənilən vaxt abunəliyi ləğv edə bilərsiniz.
(e) Sizin fərdiləşdirilmiş istifadəçi təcrübəsi və məzmunu ilə təmin edilməyiniz.
(f) Datanın təhlili və araşdırmalar əsasında məhsul və xidmətlərimizin təkmilləşdirilməsi.
(g) Biznes əməliyyatlarımızın səmərəliliyinin təhlil edilməsi və bazar payının qiymətləndirilməsi.
(h) Tətbiq olunan qanunların tələblərinin, sənaye standartlarının və öz siyasətlərimizin yerinə yetirilməsi və riayət olunması.
(i) Şirkətin Karnaval ərazisində sizin üçün vayfay bağlantısı xidmətinin təmin edilməsi.
(j) Karnavalda iştirak etməyiniz üçün digər zəruri xidmətlərin təmin edilməsi.
Şirkət fərdi kimliyi açıqlamayan məlumatları (qeyri-Pİİ) toplayıb istifadə edə bilər. Qeyri-Pİİ məlumatlar hər hansı bir şəxsin kimliyini müəyyənləşdirmək üçün istifadə edilə bilməyən məlumatlardır. Məsələn, Şirkət statistik datanı (veb-saytına ziyarətlərin sayı və s.) toplaya bilər. Biz bu məlumatları istifadəçilərin Bizim veb-saytlardan, məhsullardan və xidmətlərdən necə istifadə etdiklərini başa düşmək üçün toplayırıq ki, xidmətlərimizi təkmilləşdirək və ehtiyaclarınızı daha yaxşı formada qarşılayaq. Şirkət qeyri-Pİİ məlumatlarını öz mülahizəsinə əsasən digər məqsədlər üçün toplaya, istifadə edə, emal edə, ötürə və ya açıqlaya bilər.Biz sizin şəxsi datanızı qeyri-Pİİ məlumatlardan ayırmağa çalışacağıq və bu iki növ datanın ayrı-ayrılıqda istifadə edilməsini təmin edəcəyik.
Əgər şəxsi data qeyri-Pİİ ilə birləşdirilibsə, emal zamanı şəxsi data hesab ediləcəkdir.
Şirkət sizin şəxsi datanızı müvafiq hüquqi əsasda tətbiq olunan qanunların tələblərinə müvafiq olaraq emal edəcək, o cümlədən:
• Sizin razılığınız əsasında şəxsi datanızın emal edilməsi;
• Sizinlə əlaqə saxlamaq, marketinq və ya bazar araşdırmasını həyata keçirmək, məhsul və xidmətlərimizi təkmilləşdirmək, itkilərin qarşısının alınması və dələduzluqla mübarizə proqramlarını yerinə yetirmək və təkmilləşdirmək və digər məqsədlər üçün şəxsi datanızı istifadə etdiyimiz zamanı Şirkətin və ya üçüncü tərəfin qanuni maraqları əsasında datanın emal edilməsi. Qanuni maraqlara aşağıdakılar daxildir: Biznesimizin daha effektiv şəkildə idarə etməyimizə, məhsul və xidmətlərimizi daha yüksək səviyyədə təmin etməyimizə şəraitin yaradılması; Bizneslərimizin, sistemlərimizin, məhsullarımızın, xidmətlərimizin və müştərilərimizin təhlükəsizliyinin qorunması; daxili idarəetmə; daxili siyasət və proseslərə riayət edilməsi və bu Bəyannamədə təsvir edilən digər qanuni maraqlar.
• Sizin şəxsi datanızın zəruri hallarda hüquqi öhdəlikləri yerinə yetirmək və riayət etmək üçün emal edilməsi.
2.1 Kuki faylları
Veb-saytımızın düzgün işləməsini təmin etmək məqsədilə Biz bəzən kompüterinizə və ya mobil cihazınıza kuki adlanan kiçik data yerləşdirə bilərik. Kuki veb-server tərəfindən kompüterdə və ya mobil cihazda saxlanılan mətn faylıdır. Kukinin məzmunu yalnız onu yaradan serverlər təfindən əldə edilə və ya oxuna bilər. Kukidəki mətn adətən identifikatorlardan, saytın adından, bəzi rəqəmlərdən və hərflərdən ibarət olur. Kukilər istifadə etdiyiniz brazuerə və mobil tətbiqlərə xas olur və veb-saytlara sizin seçimləriniz və ya səbətinizdəki məhsullar kimi dataları saxlamağa imkan verir.
Bir çox veb-saytlar və ya internet xidməti təminatçıları kimi Şirkət də istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün kuki fayllarından istifadə edir. Sessiya kukiləri hər ziyarətdən sonra silinir, amma daimi kukilər bir neçə ziyarət müddətində yerində qalır. Kukilər veb-saytlara sizin kompü-terinizdə və ya mobil cihazınızdakı dil və şriftin ölçüsü kimi tənzimləmələri və ya digər brauzer seçimlərini yadda saxlamağa imkan verir. Bu, o deməkdir ki, istifadəçi hər ziyarətində seçimlərini təkrar qurmalı olmur. Bunun əksinə, əgər kukilər istifadə edilmirsə, veb-sayt hər dəfə bir veb-səhifəni yükləyəndə sizi yeni ziyarətçi kimi görəcəkdir.
Məsələn, əgər hesaba giriş etdiyiniz veb-saytdan başqa bir veb-səhifəyə yönləndirildiyiniz və daha sonra geri qayıtdığınız zaman veb-sayt sizi tanımayacaq və siz hesabınıza təkrar giriş etməli olacaqsınız.
Şirkət bu Bəyannamədə qeyd edilməyən digər məqsədlər üçün kukilərdən istifadə etməyəcəkdir. Seçimlərinizə əsasən kukiləri idarə edə və ya silə bilərsiniz. Ətraflı məlumat üçünI AboutCookies.org Kompüterinizdə saxlanılan bütün kukiləri silə bilərsiniz və əksər veb-brauzerlər kukilərin bloklanması seçimini təmin edir. Amma bu halda Bizim veb-sayta hər ziyarətinizdə istifadəçi tənzimləmələrini dəyişməli olacaqsınız. Brauzerinizdə kuki tənzimləmələrini idarə edilməsi ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
Internet Explorer Google Chrome Mozilla Firefox Safari Opera
2.2 Veb-mayaklar və piksel teqləri
Kukilərdən əlavə Biz veb-saytlarımızda digər oxşar texnologiyalardan da (veb-mayaklar və piksel teqləri) istifadə edə bilərik. Məsələn, sizə Şirkətdən gələn e-məktubda kliklənə bilən URL ola bilər və bu URL Şirkətin veb-səhifəsinə açılır. Əgər keçidə klikləsəniz Şirkət sizin ziyarə-tinizi izləyəcək, bu yolla Biz sizin məhsul və xidmətlərlə bağlı seçimlə-riniz barədə öyrənəcək və müştəri xidmətlərimizi yaxşılaşdıracağıq. Veb-mayak veb-sayta və ya e-poçta daxil edilmiş şəffaf qrafik təsvirdir. Biz e-məktublarda pikselteqlərdən istifadə edirik və bununla e-məktubların açılıb-açılmadığını öyrənirik. Bu şəkildə izlənilmək istəmirsinizsə, istənilən vaxt Şirkətin e-poçt siyahısına abunəlikdən çıxa bilərsiniz.
Veb-saytımızdan istifadə etməklə, yuxarıda göstərildiyi kimi kuki fayllarından, veb-mayaklardan və piksel teqlərindən istifadə etməyə razılaşırsınız.
Şirkət yalnız aşağıdakı şərtlərdə sizin şəxsi datanızı açıqlayacaqdır və əks təqdirdə, Biz sizin şəxsi datanızı heç bir üçüncü tərəflə paylaşmayacağıq.
(1) Şirkət şəxsi datanızı qeydiyyat məqsədilə səlahiyyətli üçüncü tərəf olan tərəfdaşımız "Bluamoeba DMCC" şirkətinə açıqlaya bilər. Bizim bəzi şəxsi datalarınızı bu tərəfdaşımızla paylaşmaq ehtiyacımız yarana bilər. Məsələn, Karnavala giriş kartının hazırlanması üçün Şirkət şəxsi datanızı Karnaval xidməti təminatçıları ilə paylaşmalıdır. Amma Biz sizin şəxsi datanızın digər məqsədlər üçün istifadə etməyi tərəfdaşımıza qəti şəkildə qadağan edirik.
(2) Tətbiq olunan qanunvericiliyinə riayət etmək məqsədilə Şirkət məhkəmələrin tələbi əsasında, məhkəmə işlərində və digər hüquq mühafizə orqanlarının və ya dövlət agentliklərinin tələbi əsasında sizin şəxsi datanızı açıqlaya bilər.
Şirkətə təqdim etdiyiniz bütün şəxsi datanızın doğru olduğunu təmin etmək sizin öhdəliyinizdir. Şirkət şəxsi datanın dəqiqliyini və tamlığını qorumağı və bu datanın ən son məlumatları ehtiva etməsini təmin etməyi öhdəliyinə götürür.
Şirkətə təqdim etdiyiniz bütün şəxsi datanızın doğru olduğunu təmin etmək sizin öhdəliyinizdir. Şirkət şəxsi datanın dəqiqliyini və tamlığını qorumağı və bu datanın ən son məlumatları ehtiva etməsini təmin etməyi öhdəliyinə götürür.
Tətbiq olunan qanunlarla tələb olunan hüdudlar çərçivəsində siz (i) Bizim saxladığımız şəxsi datanıza çıxış hüququna sahibsiniz, (ii) həmin datada yeniliklər etməyimizi və ya xətalara düzəliş etməyimizi tələb edə bilərsiniz, (iii) sizin şəxsi datanızdan istifadə etməyimizə etiraz və ya onu məhdudlaşdıra bilərsiniz və (iv) data bazamızdan sizin şəxsi datanızı silməyimizi tələb edə bilərsiniz. Bu hüquqlardan istifadə etmək üçün Şirkətin Datanın qorunması üzrə məsul şəxslə (DPO) əlaqə saxlayın. Buraya klikləyin. Təhlükəsizlik üçün sizdən yazılı tələbin təqdim olunması tələb oluna bilər.
Sorğunun saxta olduğuna, icra oluna bilməyəcəyinə və ya başqalarının məxfiliyinə xələl gətirəcəyinə əsas verən ağlabatan səbəblərimiz olarsa, sorğu rədd edilə bilər.
Müvafiq qanunların icazə verdiyi həddə, razılığınız əsasında Şirkətin şəxsi datanıza sahib olduğu istənilən vaxt razılığınızı geri götürmək hüququnuz var. Bununla belə, razılığın geri götürülməsi nə bu prosesdən əvvəl sizin razılığınız əsasında şəxsi datanızı necə emal etdiyimizin legitimliyinə və effektivliyinə, nə də sizin razılığınızdan başqa əsaslandırma əsasında datanın emal edilməsinə təsir göstərmir.
Sizin şəxsi datanızın təhlükəsizliyi Bizim üçün əhəmiyyətlidir. Biz müvafiq fiziki, idarəetmə və texniki tədbirlərdən istifadə edərək sizin şəxsi məlumatlarınızı icazəsiz girişdən, açıqlanmadan, istifadə, dəyişdirilmə, zədələnmə və ya itirilmədən qoruyuruq. Məsələn, Biz datanın məxfiliyi üçün kriptoqrafiya texnologiyalarından, hücumların qarşısını almaq üçün mühafizə mexanizmlərindən və şəxsi datanıza yalnız icazəsi olan şəxslərin girişini təmin etmək üçün girişə nəzarət mexanizmlərindən istifadə edirik. Həmçinin əməkdaşlara şəxsi datanın qorunması ilə bağlı məlumatlılıqlarını artırmaq üçün məlumatın təhlükəsizliyi və məxfiliyin qorunması mövzusunda təlimlər keçirik. Şirkət şəxsi datanızı qorumaq öhdəliyinə sadiqdir; lakin heç bir təhlükəsizlik tədbirinin mükəmməl olmadığını unutmayın. Məlumat sızması olduğu hallarda hər hansı bir mənfi təsirin yumşaldılması və ya aradan qaldırılması məqsədilə müvafiq qanunlarla və reqlamentlərlə tələb olunan bü-tün tədbirləri həyata keçirəcəyik.
Qanunla saxlama müddətinin uzadılmasınının tələb olunduğu və ya icazə verildiyi hallar istisna olmaqla, Biz sizin şəxsi datanızı bu Siyasətdə qeyd edilən məqsədlər üçün zəruri olan müddətdən daha artıq müddətə saxlamayacağıq. Datanın saxlanması müddəti ssenaridən, məhsuldan və xidmətdən asılı olaraq dəyişə bilər. Datanın saxlanılması müddətini müəyyən etmək məqsədilə Şirkətin istifadə etdiyi standartlar aşağıdakı kimidir: Biznes məqsədlərinin yerinə yetirilməsi, o cümlədən məhsul və xidmətlərin təmin edilməsi məqsədilə şəxsi datanın saxlanılması üçün tələb olunan müddət; müvafiq tranzaksiyaların və Biznes qeydlərinin saxlanılması; məhsul və xidmətlərin performansına və keyfiyyətinə nəzarət edilməsi və təkmilləşdirilməsi; sistemlərin, məhsulların və xidmətlərin təhlükəsizliyinin təmin edilməsi; müştərilərin potensial sorğularına və ya şikayətlərinə baxılması və problemlərinin yerinin müəyyənləşdirilməsi; müştərinin datanın daha uzun müddətə saxlanılması ilə razılaşıb-razılaşmadığının müəyyənləşdirilməsi; qanunlarda, müqavilələrdə və digər oxşar sənədlərdə datanın saxlanılması ilə xüsusi tələblərin olub-olmadığının müəyyənləşdirilməsi və s. Biz sizin qeydiyyat məlumatlarınızı sizin hesabınızın xidmətin təminatı üçün lazım olduğu müddətə qədər saxlayacağıq. Siz hesabınızı qeydiyyatdan çıxara bilərsiniz. Siz hesabınızı qeydiyyatdan çıxardıqdan sonra Biz qeydiyyatdan çıxardığınız hesabınız vasitəsilə sizi məhsul və xidmətlərlə təmin etməyi dayandıracaq və qanunun xüsusi tələblərində datanın silinməsi digər formada qeyd edilmədiyi təqdirdə, Karnaval üçün qeydiyyata alınan müvafiq şəxsi datanızı siləcəyik.
Karnaval Azərbaycan Respublikasında baş tutacaq və Şirkətin rəsmi veb-saytında yayımlanacaqdır. Buna görə də, təqdim etdiyiniz şəxsi datalarınız tətbiq olunan qanunvericiliyə müvafiq olaraq saxlanılacaq və ötürüləcəkdir. Bu ölkələrdə qüvvədə olan datanın qorunması qanunları ölkənizə qüvvədə olan müvafiq qanunlardan fərqlənə bilər. Bu cür şəraitdə Şirkət şəxsi datanı Bəyannamənin və qüvvədə olan qanunların tələblərinə uyğun işlənməsini təmin etmək istiqamətində tədbirlər görəcək.
Məxfiliyin qorunması ilə bağlı şikayətiniz və problemləriniz yaranarsa və Şirkətin Datanın qorunması üzrə məsul şəxsi (DPO) ilə əlaqə saxlamaq istəyirsinizsə, bura klikləyin.
Şəxsi datanız Şirkət tərəfindən bu Bəyannamə ilə müvafiq olaraq işləndiyi hallarda Şirkətin tələbinizə cavab verən, sizinlə əlaqə saxlayan, sizi məhsul və ya xidmətlərlə təmin edən və yaxud sizinlə müqavilə imzalayan və ya imzalamaq ərəfəsində olan müəssisəsi müvafiq şəxsi datanın nəzarətçisidir. Şirkətin müəssisələrinin əlaqə məlumatlarını əldə etmək üçün buraya klikləyə bilərsiniz.
Son yenilənmə tarixi: Mart 2024-cü il